Rusiya prezidenti Vladimir Putin Argentinanın yeni hakimiyyətinin dollara keçid qərarının məntiqini başa düşülən adlandırıb, lakin “bu, suverenliyin əhəmiyyətli itkisidir” deyə xəbərdarlıq edib. Rusiya dövlətinin başçısı bu fikri birbaşa mətbuat konfransında bildirib.
"Argentinanın yeni seçilmiş prezidentinin ölkə daxilində dollara keçmək ideyasını hamı bilir. Bu, hər bir ölkənin suveren qərarıdır, amma Argentinada inflyasiya, mənim fikrimcə, 143%”, - Putin qeyd edib və Argentinanın əvvəlki liderlərinin Buenos Ayresin əvvəllər müxtəlif mənbələrdən aldığı borc vəsaitlərinin qaytarılması ilə bağlı bir çox problemlərdən danışdıqlarını vurğulayıb.
“Məntiq aydındır, lakin bu, əlbəttə ki, ölkənin suverenliyinin əhəmiyyətli itkisidir”, - Putin bildirib.